Oğlu körpüdən yıxılıb ölən usta, özü də damdan yıxılaraq öldü - Mingəçevirdə

Mingəçevirdə evinin damından yıxılan usta ölüb. Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhəri, Allahverdiyev döngəsi 5 ünvanında, həyət evində yaşayan qaynaqçı usta 55 yaşlı Bəkirov Hidayət Məhəmməd oğlu günorta saatlarında öz evinin dam örtüyünü vurarkən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Yaxınlarının dediyinə görə, damda sonuncu şiferi vurarkən ayağı sürüşüb və yıxılıb.

Dərhal xəstəxanaya çatdırılmasına baxmayaraq, həkimlərin müdaxiləsi nəticə verməyib, 2 uşaq atasının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Hidayət Bəkirovun kiçik oğlu da illər öncə Kür çayının üzərindəki körpüdən yıxılaraq ölmüşdü.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top