
Ötən il dünyada 189 milyon ton bitki yağından istifadə olunub. Yeniavaz.com statista.com saytına istinadən bildirir ki, əvvəlki illə müqayisədə istifadə olunan bitki yağının miqdarı 3,7% və ya 6,8 milyon ton artıb. Ümumiyyətlə son 4 il ərzində bitki yağından istifadə 10,2% və ya 17.5 milyon ton artıb.
Dünyada ən çox istifadə olunun bitki yağı palma yağı hesab olunur. Ötən il dünyada istifadə olunan bitki yağlarının 1/3-i və ya 63 milyon tonu palma yağının payına düşüb. Ən çox istifadə olunan bitki yağları arasına ikinci sırada soya yağı dayanır. 2017-ci ildə bütün dünyada 56 milyon ton soya yağının istifadə edildiyi bildirilir. Soya yağından sonra ən çox raps yağından istifadə edilib ki, bu yağın da illik istehlakı 29,3 milyon ton olub. Günəbaxan yağı isə 16,8 milyon tonla 4-cü sırada yer alıb.

Tətbiqimizi yükləyə bilərsiniz