Bu rayonlarda içməli suyun verilməsində məhdudiyyətlər olacaq - SİYAHI

Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, bununla əlaqədar bu gün gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top