“Selfi” ilə ödəniş etmək mümkün olacaq

Rusiyada alış-verişi “selfi”nin köməkliyi ödəmə xidməti istifadəyə verilib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “VisionLabs” şirkətinin və Rusiyanın “SwiP” ödəniş sisteminin məlumatında deyilir. “SelfieToPay” servisindən yararlanmaq üçün alıcı “AppStore” və ya “GooglePlay”də “SwiP” tətbiqini yükləməli, bank kartını ona bağlamalı və öz üzünü skan etməlidir. İstifadəçinin biometrik məlumatları servisin bazasında saxlanılacaq. Bununla da müvafiq proqram təminatı və xüsusi kamera olan ticarət nöqtələrində malların ödənişi zamanı istifadəçiyə telefon lazım olmayacaq, kassanın yanındakı obyektivə baxmaq kifayət edəcək. Kamera müştərini sərbəst şəkildə eyniləşdirəcək. Bütün hesablaşma əməliyyatları “SwiP” ödəniş sistemində həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top