Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Malidən olan qanunsuz miqrant Mamadu Qassamı qəbul edib.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, miqrant ötən şənbə günü Parisdə uşağı ölümdən xilas edərək internetdə qəhrəmana çevrilib.
Dövlət başçısı 22 yaşlı gənci bu gün səhər saatlarında Yelisey sarayında qəbul edib. Malili gənc yaşayış evlərinin birinin beşinci mərtəbəsində balkondan asılı qalmış uşağı xilas edib. M. Qassam balkona çıxaraq nəzarətsiz qalmış uşağı mümkün ölümdən qurtarıb.
Uşağın xilas edilməsini videoya çəkərək internetə yerləşdiriblər. E. Makronla miqrant arasında görüş bağlı qapılar arxasında keçib və yarım saat davam edib. Görüşdən sonra M. Qassamanın Fransa vətəndaşlığını tezləşdirilmiş prosedurla alacağı açıqlanıb.
Bundan başqa, o, işlə təmin ediləcək. M. Qassama yanğın-xilasetmə xidmətində çalışacaq.
Uşağı nəzarətsiz buraxan ata valideynlik öhdəliklərini yerinə yeirmədiyini görə təcridxanaya salınıb, o, həbs edilə bilər.