
Bakının mərkəzində 39 milyon 100 min manata torpaq satışa çıxarılıb. Yeniavaz.com saytı xəbər verir ki, satış elanında torpaq sahəsinin Tbilisi prospektində, "Avropa" otelinin yaxınlığında olduğu qeyd olunub.
Elanda bildirilir ki, torpaq sahəsi 1 hektardır, bütün sənədləri qaydasındadır.
Satış elanında bildirilir ki, həmin torpaq sahəsində binalar da tikmək olar: "Bina tikilişi üçün Çıxarışı var. Qiyməti 23 milyon dollardır. Qiymətdə razılaşmaq olar".
Fotolardan belə aydın olur ki, torpaq sahəsində bir neçə villa inşa olunsa da, sonradan naməlum səbəblərdən tikintisi yarımçıq qalıb.
Torpağın əsl sahibinin kimliyi məlum olmasa da, onu Leyla adlı qadının satışa çıxardığı görünür.

Tətbiqimizi yükləyə bilərsiniz