28 mayda doğulan azərbaycanlı məşhurlar - SİYAHI

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Belə bir önəmli gündə dünyaya gələn məşhurlar da az deyil. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.

1. Məşhur kamança ifaçısı, xalq artisti Habil Əliyev 28 may, 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

2. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə 28 may, 1947-ci ildə Bakı şəhərində anadan olub.

3. Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub.

4. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri, 1-ci dərəcə dövlət müşaviri, fizika-riyaziyyat elmləri doktoru, Fatma Abdullazadə 28 may 1948-ci ildə Bakı şəhərində anadan olub.

5. Sevilən aktrisa, xalq artisti Naibə Allahverdiyeva 28 may 1963-cü ildə Tbilisidə anadan olub.

6. Azərbaycanlı stend atıcısı, beynəlxalq yarışların qızıl medalçısı, "Şöhrət" ordenli Zemfira Meftahətdinova 1963-cü ilin 28 may günündə Bakı şəhərində anadan olub.

7. Folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov 28 may 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Axura kəndində dünyaya gəlib.

DİGƏR XƏBƏRLƏR

Top