Türkiyə ABŞ-ın "F-35" qırıcıları əvəzinə Rusiyadan "Su-57"lər ala bilər

Türkiyə Amerika istehsalı olan "F-35" qırıcıları əvəzinə Rusiyanın "Su-57" təyyarələrini ala bilər. RİA "Novosti" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Yeni Safak" qəzeti məlumat yayıb. Ankara Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən "F-35"lərin tədarükünü əngəlləyəcəyi təqdirdə bu addımı ata bilər.

"Ankara iyunda əldə etməli olduğu təyyarəni almaq hüququndan imtina etmək niyyətində deyil", - deyə mənbə bildirib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top