Salah və Karvahal ağlayaraq oyundan çıxdı - FOTOLAR

Bu gün Çempionlar Liqasında 2017-2018 mövsümünün final oyunu keçirilir.

Həlledici oyunda “Real” və “Liverpul” komandaları üz-üzə gəlir.

30-cu dəqiqədə "Liverpul"un ulduzu Məhəmməd Salah oyunu tərk etmək məcburiyyətində qalıb. Ramosla ikili mübarizədə çiynindən zədələnən Salah matça davam edə bilməyib. Onun yerinə Lallana daxil olub.

37-ci dəqiqədə oyunda daha bir məcburi əvəzetmə olub. "Real"ın müdafiəçisi Karvahal zədələnərək yerini Naçoya buraxıb.

O da Salah kimi meydanı tərk edərkən gözyaşlarını saxlaya bilməyib.

43-cü dəqiqədə Benzema topu qapıya göndərsə də, ofsayd səbəbindən qol qeydə alınmayıb.

İlk hissə qolsuz başa çatıb.

(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top