İlham Əliyev efiopiyalı həmkarını təbrik edib


Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu göndərib.

Yeniavaz.com-un məlumatına görə, məktubda deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top