"Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşdi

İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib. "Marca"nın xəbərinə görə, Əndəlüs təmsilçisi Pablo Maçinlə razılıq əldə edib.

43 yaşlı mütəxəssislə ikillik müqavilə imzalanacaq. İspaniyalı məşqçi bu postda Vinçenzo Montellanı əvəzləyəcək.

Qeyd edək ki, Pablo Maçin son olaraq "Jirona" klubunun baş məşqçisi olub. Jirona başa çatan mövsümdə klub tarixinin ən yaxşı nailiyyətini göstərməklə İspaniya La Liqasını 10-cu pillədə başa vurub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top