
"Maliyyə Monitorinq Xidməti (MMX) publik hüquqi şəxsin yaradılması ilə bağlı dünənki statusumda Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin azaldılmasını qeyd etmişəm. Düzgün anlaşılsın deyə əlavə edim ki, MMX-nin müstəqil quruma çevrilməsinin Palatanın fəaliyyətinə bağlılığı yoxdur. Nəticə olaraq Palatanın səlahiyyətləri azaldılıb. Addıma səbəb beynəlxalq təşkilatların, bir az da konkretləşdirsək Eqmont Qrupunun tələbidir". Yeniavaz.com xəəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. Ekspert qeyd edib ki, Azərbaycan 2009-cu ildə üzvlüklə bağlı Eqmont Qrupuna müraciət edib və 2011-ci ildə Qrupa tamhüquqlu üzvü seçilib: "Ancaq 2017-ci ildə Azərbaycan bu Qrupun üzvlüyündən çıxarılıb. Qrupun əsas tələblərindən biri maliyyə kəşfiyyatını həyata keçirən qurumların müstəlilliyi və hansısa qrupa tabe olmamasıdır. Azərbaycan bu tələbə əməl etmədiyindən üzvlükdən çıxarılıb. Bizim MMX ilk olaraq Mərkəzi Bankın nəzdində fəaliyyət göstərib, sonra yeni yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdinə keçib. Prezident sərəncamı da məhz bu problemi aradan qaldırmağa və Azərbaycanın Qrupda üzvlüyünün bərpasına yönəlib.
Məlumat üçün bildirim ki, Eqmont Qrupunun əsası 1995-ci ildə bir neçə dövlətin Maliyyə Kəşfiyyat Bölmələri (Financial Intelligence Units) tərəfindən Belçikanın Brüssel şəhərində (Eqmont-Arenberq sarayında) qoyulub və hazırda 155 dövlətin maliyyə monitorinqi orqanları Eqmont Qrupunun üzvüdür. Keçmiş SSRİ ölkələri arasında ancaq Azərbaycan və Türkmənistan bu Qrupun üzvü deyil".
Tətbiqimizi yükləyə bilərsiniz