Traktor kanala aşdı, sürücü öldü - Qusarda

Qusar rayonunda traktor kanala aşıb, sürücü boğularaq ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Mayın 25-də saat 18 radələrində Qusar rayonunun Urva-Oba kəndi ərazisində Əvəcuq kənd sakini Dəyanət Nəbiyev idarə etdiyi “T-25” markalı traktoru Samur-Abşeron kanalına aşırıb və nəticədə suda boğulub. Traktorun və meyitin tapılması istiqamətində tədbirlər görülür.(Report)

DİGƏR XƏBƏRLƏR

Top