Meksika ştatlarının birində 60-dan çox insan öldürülüb

Meksikanın Quanaxuatu ştatında bir həftə ərzində ən azı 62 nəfər öldürülüb. Bu barədə RİA Novosti xəbər verir. Bildirilir ki, ötən gün Salamanka şəhərində 11 meyit tapılıb. Onlar hissələrə bölünmüş və qara plastik paketlərə yığılmışdılar.

Bundan əlavə Selaya şəhərində obyekt sahibi də daxil olmaqla, beş nəfər restoranda nahar zamanı güllələnib. Daha dörd nəfər isə İrapuato şəhərində güllələnərək qətlə yetirilib.

Quanaxuatu ştatına nəzarətə görə bir neçə narkokartel mübarizə aparır. Qətl hadisələri zamanı qatillər qurbanlarının yanında rəqiblərinə ismarıc qoyublar. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top