Gürcüstanda azərbaycanlı tələbənin meyiti tapılıb

Bir neçə gündür ki, Gürcüstanın Tiflis şəhərində itkin düşməsi barədə məlumat yayılan azərbaycanlı tələbə Tağı İsgəndərovun dünyasını dəyişdiyi məlum olub.

Bu barədə “Qafqazinfo” ya gənc oğlanın yaxınları məlumat verib.

Xatırladaq ki, mayın 21-də tələbənin yaxınları “Qafqazinfo”ya müraciət edərək onun itkin düşdüyünü, sonuncu dəfə şəhərdəki kazinoların birinə daxil olması haqqında məlumatları olduğunu bildirmişdilər.

Valideynlər isə Gürcüstan polisinin axtarışlara etinasız yanaşmasından gileylənmişdi.

Qeyd edək ki, T. İsgəndərov Tiflisdə universitetlərdən birinin II kurs tələbəsidir.

DİGƏR XƏBƏRLƏR

Top