Azərbaycanlılar il ərzində 13 milyon manatlıq saqqız çeynəyirlər

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən 187,7 ton saqqız gətirilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, idxal olunan saqqızların böyük əksəriyyəti Türkiyə və Rusiyadan gətirilib. İlin ilk 3 ayı ərzində Türkiyədən 92,3 ton, Rusiyadan isə 77,9 ton saqqız idxal olunub.

Ötən il ərzində isə ölkəyə ümumilikdə 7 milyon 711,3 min dollar (13,1 milyon manat) dəyərində 1228,6 ton saqqız gətirilib və bunun 595,7 tonu Türkiyənin, 540,9 tonu isə Rusiyanın payına düşüb.

Maraqlıdır ki, Rusiyadan idxal olunan saqqızın dəyəri Türkiyədən idxal edilən saqqızın dəyərindən 3 dəfədən çox ucuzdur.

Ötən il ərzində Türkiyədən idxal edilən saqqızın 50 qramı 25 qəpik (15 sent) olubsa, Rusiyadan idxal olunan saqqızın 50 qramı 85 qəpik (50 sent) olub.

DİGƏR XƏBƏRLƏR

Top