AKP CHP-nin şüarını oğurlayıb - İDDİA

AKP-nin seçkilərdəki şüarının CHP-yə məxsus olduğu ortaya çıxıb. Türkiyə KİV xəbər verir ki, Ədalət və İnkkişaf Partiyasının ( AKP) “Edərsə müəllim edər” şüarından bundan əvvəl Cumhuriyyət Xalq Partiyası istifadə edib. Belə ki, CHP 2009-cu ildə bələdiyyə seçkiləri zamanı bu şüarla çıxış edib. Reklam agenti Ateş İlyas Başsoy AKP-dən belə hərəkət gözləmədiyini qeyd edib: “Çox təəccübləndim və təəsüf etdim. 2009-cu ildə bələdiyyə seçkilərinə AKP müxalif partiyadan qat-qat daha çox əhəmiyyət vermişdi. Seçki sonrası hətta iki ayrı AKP-li qrup mənim qonağım olmuşdu. CHP mənə heç vaxt qulaq asmayıb. Həmişə məni AKP dəstəkləyib. Aradan bu qədər zaman keçdikdən sonra CHP-yə məxsus şüarın icazəsiz istifadə edildiyini gördüm. Bax, bu heç yaxşı olmadı. Kiminsə ixtisasına, özünə hörmət edən təşkilat bunu heç vaxt etməz”.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top