Qadın iki körpəsi ilə birlikdə itkin düşüb - Neftçalada

Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb. 1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər.(Report)

DİGƏR XƏBƏRLƏR

Top