ABŞ Türkiyəyə Rusiyadan almağa çalışdığı “S-400” zenit-raket komplekslərinin alternativini təklif edib.
Bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
“Əlbəttə ki, Türkiyənin tutduğu bu siyasi kurs düzgün deyil. Onlar “S-400” alsalar bizimlə onların arasında, Türkiyə ilə NATO-nun arasında çoxlu problemlər ortaya çıxacaq.
Biz onlara diplomatik təzyiqlər göstəririk, həmçinin həmin silahlara alternativlər təklif edirik”,- deyə Pompeo ABŞ Senatındakı dinləmələrdə etdiyi çıxışda diqqətə çatdırıb.
Pompeo Ankranın atacağı addımların NATO hədəflərinə uyğun olacağına ümidvar olduğunu ifadə edib.
Xatırladaq ki, ötən ilin dekabr ayında Ankarada “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında kredit müqaviləsi bağlanıb.
Türkiyə müdafiə sənayesi katibliyinin bəyanatına əsasən, Ankara bu kompleksin türkiyəli şəxsi heyətin sərəncamında olacaq iki batareyasını alacaq. (oxu.az)