Ələt-Astara yolunda hərəkət istiqaməti dəyişdi

Bu gün axşam saatlarından Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonundan keçən 31-ci və 56-cı kilometrliklərindən hərəkət istiqaməti dəyişdirilərək yeni çəkilən yola yönəldilib. Yolda hərəkət istiqamətinin müvəqqəti olaraq dəyişdirilməsi yolun 54-cü kilometrində yerləşən Kür çayı üzərindəki körpünün təmirə bağlanması ilə əlaqədardır.

Adı çəkilən körpü 1991-ci ildə istifadəyə verilib. Körpüdə təmir işlərinin bir neçə gün çəkəcəyi gözlənilir. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top