Arda Turanın cəzası azaldıldı

“Başakşəhər”in futbolçusu Arda Turan “Sivasspor”la matçda yan xətt hakimini itələdiyi üçün Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 16 oyunluq cəza almışdı. Qərara etiraz edən 31 yaşlı futbolçunun apelyasiya şikayəti dəyərləndirilib və cəza 10 oyuna endirilib

Qeyd edək ki, Arda, Superliqanın 32-ci turunda 1:1 bitən matçın son saniyələrində hakimi itələdiyi və təhdid etdiyi üçün meydandan qovulmuşdu. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top