Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub - YENİLƏNİB

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.

Qurbanlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.

Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək. (Report)

15.40

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb. Rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub. Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.(APA)

DİGƏR XƏBƏRLƏR

Top