“Financial Times”: Ağıllı diktator nəyə nəzarət edə bilməyəcəyini bilir

Nüfuzlu “Financial Times” qəzeti Türkiyədə dolların yerli valyuta olan lirə qarşısında rekord səviyyədə bahalaşması ilə əlaqədar “Ağıllı diktator nəyə nəzarət edə bilməyəcəyini bilir” sərlövhəli yazı dərc edib.

Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazarın faizi artırma tələbinə qarşılıq verərək doğru addım atıb: “Ərdoğan nə desə qlobal iqtisadiyyatın gedişinin ona görə hərəkət etməyəcəyini öyrənir. Ağıllı rəhbər siyasətini də dəyişdirməyi bilməlidir. Faizlərin artırılması düzgün qərarıydı. Başqa bənzər addımlar ata da bilər”.

Qəzet xəbərdarlıq edir ki, lirənin ucuzlaşmasının qarşısı alınmazsa, Türkiyə 2001-ci ildən əvvəlki iqtisadi böhranla yenidən üzləşə bilər.

Məqalədə deyilir ki, Ərdoğan lirənin ucuzlaşmasına cavab olaraq sərt faz artımı seçimini həyata keçirməkdən qaçınırdı: “Bunu etməməsi qismən ideoloji səbəblərdən qaynaqlanır. Ərdoğan faizi bütün pislikləri anası və atası hesab edir. Ancaq siyasi səbəblər də var. Belə ki, gücünü artırmaq planlarını uğurla reallaşdırmaq və 24 iyunda keçiriləcək erkən prezident və parlament seçkilərinin hər ikisini qazanmaq istəyir. Bu, siyasi qumardır, lakin lirənin ucuzlaşmasının sürətlənməsi bu, riskli hal alır. Lirənin zəifləməsi Ərdoğanın Türkiyənin maliyyə bazarlarının etibarını itirməsinə səbəb olan adət edilməyən fikirlərinə və tarazsız siyasətinə yüksək səsli xəbərdarlıq oldu. Maliyyə bazarları, həbsə atdığı bəxtsiz jurnalistlər kimi deyil. Ərdoğanın bəyənib-bəyənməsindən asılı olmayaraq bazarların nikbin düşünməsinə ehtiyac var. Bunu yenidən qazanmaq üçün real və ağıllı başlı siyasət yürütmək lazımdır”.

Qəzet, həmçinin lirənin ucuzlaşması ilə bağlı “Valyuta böhranı Ərdoğanı mühasirə altında olduğu düşüncəsini dərinləşdirir” adlı təhlil yazısına da yer verib.

Yazıda bildirilir ki, Ərdoğanın iqtisadiyyat sahəsindəki məsləhətçiləri lirənin dəyər itirməsi qarşısında səssz qalıblar: “Türkiyənin energetika naziri Berat Albayrak lirənin ucuzlaşmasını xaricdən qaynaqlanan əməliyyat olduğunu deyib. Albayrak son illər Ərdoğanın komandasında ona yaxınlardan biriinə çevrilib. Ərdoğana onun yalnız eşitmək istədiklərini deyən qapalı bir qrup insan var. Ərdoğan ağlı başında olanların məsləhətlərini eşitmək artıq istəmir. Türkiyə Mərkəzi Bankının keçmiş sədri Durmuş Yılmaz iddi edir ki, Ərdoğan seçkilərdə səs faizini artırmaq üçün milli böhran varmış hissini yaratmaq adına lirədəki ucuzlaşmaya qəsdən icazə verir”.

DİGƏR XƏBƏRLƏR

Top