4 ildir itkin düşən təyyarənin axtarışları dayandırılır

2014-cü ildə göyərtəsindəki 239 sərnişinlə yoxsa çıxan Malayziyaya məxsus təyyarənin axtarışları 29 mayda dayandırılacaq.

Bu barədə Malayziya Nəqliyyat naziri Antoni Loke məlumat verib.

ABŞ-ın “Ocean Infinity” şirkəti Malayziya hökuməti ilə razılaşma əsasında bu ilin 24 yanvarında axtarışlara yenidən başlamışdı. Təyyarənin qalıqları tapılacağı təqdirdə şirkətə 70 milyon dollar ödəniləcəkdi. Lakin, 60 işçinin 8 sualtı gəmisi vasitəsilə apardığı araşdırmalar heç bir nəticə verməyib.

Qeyd edək ki, Kuala Lumpur - Pekin reysi ilə uçan MH370 nömrəli təyyarə 8 mart 2014-cü ildə Hind okeanı üzərində yoxa çıxıb. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top