Azərbaycana qanunsuz partlayıcı maddə idxalı

Dağıstanda sənaye təyinatlı partlayıcı maddələrin Rusiyadan Azərbaycana idxalında qanun pozuntusu aşkarlanıb.

Bu barədə Şimali-Qafqaz gömrük idarəsi məlumat yayıb.

Dərbənd dəmiryolu stansiyasında saxlanılan yükün daşıyıcısı bəyannamədə 8 ton ammonit tozundan ibarət partlayıcı göstərib.

Yoxlama zamanı isə yükün faktiki çəkisi 8 ton 167,2 kiloqram təşkil edib.

Qanunsuz yolla sərhəddən keçirilməli olan partlayıcılar müsadirə edilərək, ekspert müayinəsinə göndərilib.

İnsidentlə bağlı inzibati xətalar üzrə iş açılıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top