Prezident bu məktəblərin təmiri ilə bağlı sərəncam imzaladı - SİYAHI

Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə büdcədən 40,0 (qırx) milyon manatın Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmasına sərəncam verib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bakı şəhəri və onun qəsəbələrində əsaslı təmiri və tikintisi nəzərdə tutulmuş təhsil müəssisələrinin siyahısı

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

Binəqədi rayonu

1

Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşası

4 377 000

2

Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi

1 768 000

Qaradağ rayonu

3

Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri

3 858 000

Nərimanov rayonu

4

Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 170 000

Sabunçu rayonu

5

Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 084 000

6

Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 799 000

7

Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 600 000

8

Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

2 480 000

9

Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri

4 660 000

Suraxanı rayonu

10

Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 204 000

Cəmi

40 000 000

Azərtac

DİGƏR XƏBƏRLƏR

Top