Ukraynanın MDB-dən çıxması nə vaxt başa çatacaq?

Ukraynanın MDB-dən çıxması mədəni yanaşma halında təqribən bir il vaxt apara bilər.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, MDB-nin nizamnamə orqanlarında Kiyevin iştirakı barədə danışmağa artıq çoxdan son qoyulub: "Ukrayna hakimiyyətinin göstərilən qərarı təcrübədə Minskdə MDB-nin mənzil-qərargahı yanında nümayəndəliyin bağlanması və orada işləyən iki diplomatın geri çağırılması anlamına gəlir. Kiyevin MDB-dən rəsmi çıxmaq proseduruna başlmaq niyyətinə gəlincə isə, bu proses mədəni yanaşma halında müəyyən vaxt aparacaq. Söhbət təqribən bir ildən gedir”.

Xatırladaq ki, Ukrayna Prezidenti mayın 19-da MDB-nin bütün nizamnamə orqanlarından Ukraynanın bütün nümayəndələrinin geri çağırılması haqqında fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top