İtaliyanın yeni hökumətində daxili işlər naziri olacaq Matteo Salvinin keçmişdə çəkilən və Rusiya Prezidenti Vladimir Putinə heyranlığını göstərən şəkilləri sosial şəbəkələrdə qalmaqala səbəb olub.
Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İtaliyada qısa müddət ərzində qurulması planlaşdırılan yeni hökumətdə yeni Baş nazir və daxili işlər nazirinin keçmişləri qalmaqal yaradıb.
Belə ki, daxili işlər naziri olması gözlənilən radikal sağçı “Lig” partiyasının lideri Matteo Salvinin əvvəllər V. Putinə heyran olmasını göstərən şəkillər sosial şəbəkələrdə geniş müzakirə olunub. M. Salvi məsələ ilə bağlı hər hansı açıqlama hələ verməyib.