Bakıda saqqal yarışması keçirilib - VİDEO

ARB TV-nin "Günə doğru" verilişində Bakıda keçirilən saqqal yarışması haqda süjet yayımlanıb. Müasir dünyanın yeni dəbi olan saqqaldır ki, ölkəmizdə də bununla bağlı xüsusi studiyalar yaradılıb və onlardan biri də xüsusi yarışma təşkil edib.

Qısa, uzun, fərqli üslub və ən başlıcası formalaşdırılan imicin bir hissəsi. Xüsusi qulluq və səbr tələb edən saqqalı uzatmaq isə hər adamın işi deyil.

Bakıda keçirilən ilk saqqal yarışmasında da, saqqalla bağlı bir çox incəliklər nəzərə alınıb. Peşəkar bərbərlərdən ibarət münsiflər heyəti saqqalın üslubu, onun dizayn və forması kimi, geyimlə ahəngliyini nəzərə alınıb.

Saqqala qulluğu vacib sayan bərbərlər üzün tüklü olmasının kişilərə bir çox üstünlük verdiyini deyirlər.

Salman İsmayılov (Təşkilatçı): "Bütün saqqalların hamısı gedir tarixə çıxır. Hamıya saqqal saxlamağı məsləhət görürəm. Dərini cavanlaşdırır".

Festivalın sonunda saqqalı fərqlənən şəxslərə mükafatlar verilib. Bu yarışmanın ənənəvi tədbir kimi keçirilməsi nəzərdə tutulur.

saqqal

DİGƏR XƏBƏRLƏR

Top