141 sərnişini olan təyyarə şassisiz eniş etdi - VİDEO

Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkətinə məxsus təyyarə Ciddə şəhərinin hava limanında qəza enişi edib. TASS agentliyinin xəbərinə görə, uçuş zaman Mədinədən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarənin qabaq şassisində nasazlıq yaranıb.

Pilotların cəhdinə baxmayaraq şassinin buraxılması mexanizmi işə düşməyib. İnsident nəticəsində göyərtəsində 141 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.(APA)

Təyyarə

DİGƏR XƏBƏRLƏR

Top