İranda göbələkdən kütləvi zəhərlənmə: 11 nəfər ölüb


İranın qərb bölgəsində yabanı göbələkdən 800 nəfərdən çox insan zəhərlənib. Bu barədə BBC məlumat yayıb. Zəhərlənənlərdən azı 11 nəfəri dünyasını dəyişib, yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

İranın “Təsnim” agentliyinin məlumatına görə, belə zəhərlənmə hallarına vaxtında müdaxilə edilmədikdə müalicəsi effektiv olmur. Zərərçəkənlərdən azı ikisinin sağ qalması üçün onlara qaraciyər köçürülüb.

Kütləvi zəhərlənməyə səbəb olan göbələk şampinyona bənzədiyindən insanlar onun yeyilməli olduğunu sanıb.

İran hökuməti vətəndaşları bazarlardan yalnız aidiyyəti qurumun verdiyi lisenziya əsasında qablaşdırılmış və möhürlənmiş göbələklər almağa, küçədə çəki ilə satılan göbələklərə yaxın durmamağa çağırıb.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top