Nikol Paşinyan: "Ermənistanda bütün qubernatorlar dəyişdiriləcək"

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün qubernatorları vəzifələrindən istefaya göndərmək qərarına gəlib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə N.Paşinyan Baş nazir qismində and içdikdən sonra deyib. Onun sözlərinə görə, Ermənistanın yeni hökumətinin əsas vəzifələrindən biri növbədənkənar parlament seçkilərinin kecirilməsdir: "Növbədənkənar seçkilər prioritet olaraq qalır. Lakin buna baxmayaraq, hökumət normal işləməli və uzunmüddətli proqram təqdim etməlidir".

DİGƏR XƏBƏRLƏR

Top