Azərbaycanlı müəllim kənddə park salıb - FOTO

Goranboyun Qazaxlar kənd sakini Qoşqar Qarayev kənd ərazisində mini park yaradıb. Yeniavaz.com xəbər verir ki, Qoşqar Qarayev bataqlıq, kol-kos tutmuş ərazini öz əlləri ilə gülüstana çevirib. 2 il çəkilən zəhmət nəticəsində istəyinə nail olub. Orta məktəbdə "Gənclərin çağırışa qədərki hazırlığı" fənni tədris edən Qoşqar Qarayev illərdir düşündüyü ideyasını reallaşdıra bilib.

Öz zəhməti hesabına ərazini tam yararlı hala gətirdikdən sonra kənd sakini mini parka 8 min müxtəlif gül tingləri əkib.

Həmçinin 14 metr hündürlüyü olan bayraq dirəyi quraşdırılıb. Qoşqar Qarayev saytımıza bildirib ki, yerli sakinlərin, kəndə gələn qonaqların istirahət məkanına çevirilən mini park pulsuz olaraq fəaliyyət göstərir: "Həm yaşlı, həm gənc nəslin nümayəndələri bu məkana gələrək, güllərin ətirindən, quşların cəh-cəhindən həzz alırlar. 10 sotdan çox ərazini əhatə edən məkanda gələcəkdə kiçik fontanların da quraşdırlması nəzərdə tutulur. Qoşqar Qarayev bunun üçün son tamamalanma işləri getdiyini bilirib.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top