Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

Bu ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilib və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 872 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, onlardan 32,9 faizi tikintidə, 30 faizi mədənçıxarma sənayesində, 8 faizi emal sənayesində, 6,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,6 faizi təhsil və 13,8 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

DİGƏR XƏBƏRLƏR

Top