Tramp arvadının adını səhv yazdı

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın adını səhv yazıb. Böyrəyindən əməliyyat olunan birinci xanım Ağ Evə qayıdıb. Bu münasibətlə xanımına aid tvit paylaşan Tramp qısa müddət sonra sosial şəbəkə istifadəçilərinin dilinə düşüb. Belə ki, prezident arvadının adını “Melani” yazıb:

“Çox gözəl hadisədir ki, birinci xanımımız Ağ Evə qayıtdı. Melani özünü yaxşı hiss edir”.

5 dəqiqə sonra isə Tramp səhvini başa düşüb və həyat yoldaşının adını “Melaniya” düzəldib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top