Bakıda “Qalatasaray” izdihamı - VİDEO

Xəbər verdiyimiz kimi “Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda 21-ci dəfə çempionluq adını qazanıb. Futbol klubunun qələbəsini həmyerlilərimiz Bakıda böyük coşqu ilə qarşılayıb.

Əllərində “Qalatasaray” klubunun bayraqlarını tutan azarkeşlər Türkiyə səfirliyinin önündə qələbə sevinci yaşayıblar.

Qeyd edək ki, “Qalatasaray” komandası səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.

Fatih Terimin komandası rəqibini 1:0 hesabı ilə udaraq 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub. (oxu.az)

galatasaray

DİGƏR XƏBƏRLƏR

Top