ABŞ-dan KXDR-ə jest: təlimlər dayandırıldı

Vaşinqton Tramp- Kim Çen In görüşü ərəfəsində Pxenyanı hiddətləndirmiş Cənubi Koreya ilə birgə keçirilən hərbi təlimləri təxirə salıb.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, birgə hava-dəniz manevrlərinin təxirə salınmasının təşəbbüskarı rəsmi Seul olub. Cənubi Koreya hökuməti “müharibə oyunlarının” sammit ərəfəsində yarımadada gərginliyi artıracağından ehtiyat edib.

Xatırladaq ki, bir neçə gün əvvəl rəsmi Pxenyan ABŞ-ın Cənubi Koreya ilə birgə keçirdiyi “Max Thunder” adlı hərbi təlimlərə etiraz olaraq mayın 16-a təyin olunmuş yüksək səviyyəli danışıqlar mərhələsini təxirə salıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top