Kubada təyyarə yerə çırpıldı: 100-dən çox ölü VİDEO

Havananın Xose Marti beynəlxalq hava limanı yaxınlığında “Boeing 737” sərnişin təyyarəsinin yerə çırpılması nəticəsində 100-dən çox insan həlak olub.

Bu barədə Kuba dövlət xəbər agentliyi məlumat yayıb.

Xilasedicilər qəza yerindən ancaq üç sərnişini sağ çıxarıb. Onlardan biri xəstəxanada keçinib. Digər iki zərərçəkənin xəstəxananın reanimasiya şöbəsində ölümlə çarpışdığı bildirilir.

Təyyarə havaya qalxmazdan çox keçməmiş aeroport yaxınlığındakı açıq sahədə yerə çırpılıb. “Radio Havana Cuba” isə təyyarənin Boyeros – Havana avtomagistralına düşdüyünü bildirib.

Qeyd edək ki, “Cubana de Aviacion” dövlət hava yollarına aid təyyarənin göyərtəsində 104 sərnişin və doqquz ekipaj üzvü olub.

Qəzzanın səbəbləri araşdırılır. (oxu.az)

Kuba

DİGƏR XƏBƏRLƏR

Top