ABŞ məktəbində 10 nəfəri öldürən 17 yaşlı şagird olub YENİLƏNİB

ABŞ-ın Santa-Fe şəhər məktəbində qanlı qətliamı 17 yaşlı şagird Dimitros Paqursis törədib.

Silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Polis əməkdaşları məktəbin ərazisində kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlayıb.

Atıcının yerli futbol komandasında çıxış etdiyi məlum olub. Paqursis sosial şəbəkələrdə tez-tez silahlarla poz verdiyi fotoşəkilləri paylaşıb.

Son fotoşəkillərindən birində onun əyində olan futbolkada “Born to Kill” yəni “Öldürmək üçün dünyaya gəlmiş” yazısı olub. O, eyni zamanda ara-sıra sosial şəbəkə hesablarına nasist simvolikasını əks etdirən fotoşəkillər yerləşdirib.

Qeyd edək ki, bundan əvvəl silahlı hücumun iki nəfər tərəfindən həyata keçirildiyi bildirilirdi.

23.25

ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 10-a çatıb.

Şerif silahlı hücumun iki nəfər tərəfindən həyata keçirildiyini və onların hər ikisinin həbs olunduğunu diqqətə çatdırıb.

CNN telekanalının məlumatına görə, atıcılardan biri məktəbin incəsənət sinif otağına daxil olaraq, içəridə olanlara tüfəngdən kortəbii şəkildə atəş açıb.

Ölənlərdən savayı, bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılar Qalveston şəhər xəstəxanasına çatdırılıb. Şerif zərərçəkənlərdən birinin polis əməkdaşı olduğunu söyləyib.(pxu.az)

19:45

ABŞ-ın Texas ştatında məktəblərin birində açılan atəş nəticəsində azı 8 şagird həlak olub. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident zamanı yaralananlar da var. Hadisə Santa Fe şəhərində baş verib. Atəş açanın saxlanıldığı bildirilir. Onun bu addımı atmağa vadar edən səbəb hələ məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top