Erməni əsilli türkiyəli iqtisadiyyatçı Paşinyanla söhbətinin təfərrüatını açıqladı

Türkiyədə doğulmuş erməni əsilli iqtisadçı Daron Acemoğlu Ermənistana gəlməyi çox istədiyini bildirib. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, Ermənistana nə vaxt gələcəyi bağlı dəqiq tarix deməkdə çətinlik çəkdiyini qeyd edib.İqtisadçı buna səbəb kimi şəxsi xarakterli bir sıra problemləri göstərib. D. Acemoğlu əlavə edib ki, Ermənistan vətəndaşı olmasa da, bu ölkənin iqtsadiyyatına necə və hansı dərəcədə kömək edə biləcəyini bilir: “Paşinyana dedim ki, bunun üçün böyük səylər göstərəcəm. Ermənistanın hazırda dinamik inkişaf edən və rəqabətqabiliyyətli iqtisadiyyata ehtiyacı var v bu dəyişikliklər erməni cəmiyyətindən də asılıdır. Korrupsiya və rüşvətxorluq erməni iqtisadiyyatıma böyük zərbə vurdu”. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 12-də D. Acemoğlu ilə telefon söhbəti aparmışdı və onu ölkə iqtisadiyyatına kömək etməyə çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top