Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri postuna təyinat olub?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri postuna təyinat olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, yeni rəhbər jurnalist Yaqut Məmmədovadır.

Qeyd edək ki, Y. Məmmədova CBC-də Xəbərlər Departamentinin prodüseri vəzifəsini icra edib.

Səhiyyə Nazirliyindən bildirilib ki, Y. Məmmədova hazırda qurumda konsultant kimi fəaliyyət göstərir, mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunmayıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top