Meşədə yoxa çıxan uşaq 12 saat sonra sağ tapılıb - FOTOLAR

Türkiyənin Antalya şəhərinin Kumluca qəsəbəsindəki "Olimpos" Turizm Mərkəzində çalışan Hakan-Selcan cütlüyünün dünən yoxa çıxan 2 yaşlı uşağı nəhayət tapılıb.

Yeniavaz.com saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şəms adlı uşağı 12 saat sonra tapmaq mümkün olub.

Qeyd edək ki, valideynlərinin başı işə qarışdığından Şəms oynadığı itin arxasınca düşərək meşənin dərinliyinə doğru gedib.

Bundan sonra valideynlər uşağın yoxa çıxmasınınn fərqinə varıb və polisə zəng vurublar. Gecə boyu aparılan araşdırmalar heç bir nəticə verməyib.

Şəmsin oynadığı itin bir müddət sonra yenidən meşəyə doğru getdiyini görən xilasedicilər onun arxasınca düşsələr də, Şəmsi tapmaq mümkün olmayıb.

Ormanda kaybolan küçük çocuğu öyle bir yerde buldular ki...

Gecəni təkbaşına meşədə keçirən 2 yaşlı Şəmsi səhər saat 06:30-da xilasedicilər yoxa çıxdığı yerdən təxminən 1 kilometr uzaqda, bir nar bağının yanındakı suvarma hovuzunun üzərinə atılmış çadırın üstündə yatarkən tapıblar.

Çadır çökməsin deyə xilasedicilər onu ehmalca götürərək ailəsinə veriblər.

12 saat sonra Şəmsə qovuşan və səhərədək həyəcan və stress yaşayan Uyğur ailəsi xilasedicilərə təşəkkür ediblər.

Ormanda kaybolan küçük çocuğu öyle bir yerde buldular ki...

Şəmsin atası Hakan Uyğur deyib: "Oğlumun salamat tapılmasına çox sevindik. Hadisənin şokundan çıxa bilməmişik. Bütün xilasedicilər səfərbər oldular. Allah hamısından razı olsun. Bundan sonra övladımıza qarşı daha diqqətli olacağıq. Bizim başımıza gələn bu hadisədən bütün valideynlər nəticə çıxarmalıdırlar. Övladlarımız xüsusən parkda, küçədə olarkən diqqətimizdən yayınmamalıdır".

Ormanda kaybolan küçük çocuğu öyle bir yerde buldular ki...

DİGƏR XƏBƏRLƏR

Top