“Instagram” sosial şəbəkəsində yeni imkan yaradılıb. Yeniavaz.com-un RG-ya istinadən verdiyi məlumata görə, yeni funksiyaya əsasən, sosial şəbəkə istifadəçiləri “Stories”də özgə şəkilləri paylaşa biləcəklər. Bununla yanaşı, öz şərhinə “qifka” və ya stiker əlavə etmək mümkün olacaq. “Instagram” nümayəndələri qeyd edirlər ki, yalnız açıq akkauntlardan özg şəkilləri paylaşmaq olar. Həmin akkauntların tənzimləmələrində bu funksiya açıqdır. “Stories”də təkrar paylaşmaq üçün “kağız təyyarənin” üzərinə basmaq və xüsusi bölməyə keçmək lazımdır. Hətta redaktə etdikdən sonra paylaşımfa müəllifin adı əks olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz