CHP Ankara məhkəməsinə müraciət etdi

CHP rəhbər və deputatlarının dinlənilməsi ilə bağlı Ankara Məhkəməsinə şikayət edib. Türkiyə KİV xəbər verir ki, Cumhuriyyət Xalq Partiyasının həyata keçirdiyi “ Ədalət yürüyüşü” zamanı partiyanın rəhbər və deputatları Almaniyada istehsal olunan bir proqramla dinləniliblər. Məsələylə bağlı açıqlama verən CHP-nin sədr müavini Veli Ağbaba bildirib ki, dünyanın ən demokratik aksiyasının dinlənilməsi rüsvayçılıqdır.

Ağbaba Ankara Məhkəməsində çıxış edərək bunları deyib: “ Dünyanın ən dinc, ən təsiredici aksiyası olan “ Ədalət yürüyüşü”ndə milyonlarla insanın demokratiya və ədalət istədiyini bütün dünya gördü. Türkiyənin böyük olduğunu gördü. Ancaq təəssüf ki, yürüyüş əvvəlindən sonuna kimi izləndi, dinlənildi. Bu rüsvayçılıqdan başqa bir şey deyil. Əgər hökümət bu işdə cinayət ortağı deyilsə, hökümət tərəfindən dinlənilmiriksə, bizdən əvvəl onlar bu işə qarışmalı, mane olmalı idilər”.

CHP üzvlərinin iddiasına görə, yürüyüş zamanı onların mobil telefonuna xüsusi virus “yoluxdurulub”. Beləliklə, onların bütün çıxışları, yazışmaları və danışıqları dinlənilib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top