ABŞ Konqresinin Senatı Cina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib.
səsvermə zamanı Senatın 54 üzvü onun namizədliyinin lehinə, 45-i isə əleyhinə səs verib.
O, ABŞ tarixində MKİ-yə rəhbərlik edəcək ilk qadın, sayca isə 7-ci direktor olacaq. Cina Haspel bu vəzifədə hazırda ABŞ-ın dövlət katibi olan Mayk Pompeonu əvəz edəcək.
C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib. C.Haspel ilk kəşfiyyat işini 1998-ci ildə Bakıda reallaşdırılıb.
Hazırda Haspel kəşfiyyat idarəsi rəhbərinin vəzifələrini icra edir. Bundan əvvəl MKİ-yə ABŞ-ın dövlət katibi Mayk Pompeo rəhbərlik edib. (Report)