"Şahdəniz" yatağında qaz hasilatı artıb

2018-ci ilin ilk rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 123 milyon dollar əməliyyat xərcləri və təqribən 415 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Yeniavaz.com xəbər verir ki, bu barədə "BP-Azərbaycan" şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2017-cı ilin ilk rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 113 milyon dollar əməliyyat xərcləri (8,8% çox) və 835 milyon dollar əsaslı xərclər (2 dəfə az) çəkilib.

2018-ci ilin ilk rübü ərzində "Şahdəniz" yatağından 2,7 milyard standart kubmetr qaz və 0,6 milyon ton kondensat hasil edilib. Qeyd edək ki, 2017-cı ilin ilk rübü ərzində yataqdan 2,4 milyard standart kubmetr qaz və 0,6 milyon ton kondensat hasil olunub.

Xatırladaq ki, "Şahdəniz" layihəsində BP (operator - 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%) şirkətləri iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top