İslandiyada 2019-cu ildə İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin boykot edilməsi ilə bağlı petisiya tərtib olunub. Sənədi artıq minlərlə insan imzalayıb.
“İslandiyada son iki gün ərzində 15 mindən çox insan İsraildə keçiriləcək “Eurovision-2019”un boykot edilməsiilə bağlı petisiya imzalayıb.”, - deyə məlumatda qeyd olunur.
Sənədə əsasən, İsrail dövləti fələstinlilərin hüquqlarını kobud şəkildə pozduğundan, İslandiyanın gələn il bu ölkədə keçiriləcək müsabiqədə iştirakı qeyri-məqbuldur.
Xatırladaq ki, bir neçə gün əvvəl keçirilən “Eurovision-2018”-in finalında israilli müğənni Netta Barzilay qalib gəlib. oxu.az