İxracın 91,2 faizini neft, qaz və neft məhsulları təşkil edib - CƏDVƏL

Bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 4 milyard 631,3 milyon dollar dəyərində 9,3 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 81,9%-ni təşkil edib.

Xam neftdən sonra xarici ölkələrə ən təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 342,9 milyon dollar (ümumi ixracın 6,1%-i)təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 181,8 milyon dollara (ümumi ixracın 3,2%-i) bərabər olub.

Nəticədə ixracın 91,2 %-ini neft, qaz və neft məhsulları təşkil edib ki, ötən ilin ilk 4 ayında bu göstərici 87,7% olub.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. Bu ilin ilk 4 ayında xarici ölkələrə 111,1 milyon dollar dəyərində meyvə-tərəvəz, 44,7 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 45,8 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 22,9 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 7,3 milyon dollarlıq şəkər, 18,4 milyon dollarlıq kimya sinayesi məhsulları, 47,3 milyon dollarlıq elektrik enerjisi, 6,6 milyon dollarlıq pambıq iplik satılıb.

Onu da qeyd edək ki, ötən il pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 4 ayında xarici ölkələrə 20,6 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

Son 4 ildə (yanvar-aprel ayları) neft, qaz və neft məhsullarının ümumi ixracdakı payı belə dəyişib:

DİGƏR XƏBƏRLƏR

Top