İsraillə bağlanan bütün müqavilələrin ləğvini nəzərdə tutan qanun layihəsi Türkiyə parlamentindən keçməyib. Yeniavaz.com xəbər verir ki, bu barədə CHP-nin İstanbul millət vəkili Əli Şəkər "Twitter" hesabından məlumat verib. Millət vəkilinin yazdığına görə layihə parlamentdə çoxluğa sahib iqtidar partiyası AKP tərəfindən rədd edilib: "Fələstinlilərin qətl edilməsindən sonra "Mavi Mərmərə" də daxil olmaqla İsraillə bağlanan bütün müqavilələrin ləğv edilməsi təklifi AKP səsləri ilə rədd edildi. AKP İsraillə anlaşmaya davam dedi".