Bu qız imtahanda 700 bal topladı - FOTO

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri bu gün açıqlanıb.

Abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənə bilər. İmtahan nəticələrinin qrafik təsviri ilə Mərkəzin internet səhifəsində də tanış olmaq mümkündür.

Artıq imtahanda rekord nəticə göstərənlərdən birinin adı məlumdur. Yeniavaz.com saytına verilən məlumata görə, bu Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibi, Bakı şəhəri Texniki-Humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir. Z. Quluzadə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top